Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkiyədə fövqəladə vəziyyət rejimi daha üç ay uzadılıb

17 İyul 2017
 

Türkiyədə fövqəladə vəziyyət rejimi daha üç ay uzadılıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi bu gün fövqəladə vəziyyət rejiminin 2017-ci il iyulun 19-dan başlayaraq, üç ay uzadılmasına dair Nazirlər Kabineti tərəfindən təqdim olunan qanun layihəsini qəbul edib.

Xatırladaq ki, fövqəladə vəziyyət Türkiyədə dövlət çevrilişi cəhdindən sonra – ötən il iyulun 21-də elan olunub və parlamentdə bu il aprelin 18-də qəbul olunan qərarla davam etməkdədir.