Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İran Prezidentinin qardaşı həbs olundu

17 İyul 2017
İran Prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Firidun maliyyə cinayətlərində ittiham olunaraq həbs edilmişdir. Bu barədə Ədliyyə Nazrliyinin mətbuat katibi Qulamhüseyn Möhseni-Əcəiyə istinadən “İran Front Page” portalı xəbər verir.

Məlumata görə, Firidun nazirliyin təyin etdiyi girov pulunu ödəmədiyi üçün həbsxanaya salınmışdır.

2015-ci ildə Firidun İranın nüvə proqramı ilə bağlı danışıqlarda ölkəsini təmsil etmişdir.

Bildirilir ki, 2014-cü ilin fevralında İran Prezidentinin qardaşı ölkədəki yeganə yəhudi xəstəxanasına hökumətin adından 400 min dollar məbləğində ianə etmişdir.