Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Cənubi Koreya KXDR-ə danışıqlar təklif edir

17 İyul 2017
Cənubi Koreya 2015-ci ildən bəri ilk dəfə KXDR-ə yarımadada yaranmış hərbi gərginliyi azaltmaq üçün müdafiə qurumları səviyyəsində danışıqlar aparmağı təklif etmişdir. Bu barədə “RİA Novosti” agentliyi xəbər verir.

Məlumata görə, danışıqların 1953-cü ildə Cənub və Şimal arasında atəşkəs barədə razılığa gəlindiyi Pxanmuncom kəndində keçirilməsi təklifi irəli sürülmüşdür.

Bununla bağlı Koreya Respublikasının müdafiə nazirinin müavini So Çhu Sok deyib: “Biz gərginliyi artıran bütün düşmənçilik fəaliyyətlərə son qoymaq üçün iyulun 21-də Pxanmuncom kəndinin şimalındakı “Tonqilqak” binasında müdafiə qurumları nümayəndələrinin danışıqlar aparmasını təklif etmişik”.