Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Konqoda sərnişin gəmisi qəzaya uğramışdır

17 İyul 2017
Dünən Konqo Demokratik Respublikasında sərnişin gəmisi qəzaya uğramışdır.
Bu barədə TASS agentliyi xəbər verir.
Bildirilir ki, hadisə ölkənin cənub-qərbindəki Kasai çayında qeydə alınmışdır.
İlkin məlumata görə, qəza nəticəsində 27 nəfər həlak olmuş, 54 nəfər itkin düşmüşdür. Ölənlərin əksəriyyəti tətilə yollanan tələbələrdir.
Ehtimala görə, hadisəyə gəminin həddən artıq yüklənməsi, yaxud gəminin kapitanının sərxoş vəziyyətdə olması səbəb olmuşdur.