Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkiyədə törədilən partlayışda 17 hərbçi yaralanıb

17 İyul 2017

Türkiyənin Hakkari bölgəsindəki Yüksekova rayonunda hərbçilərə qarşı ağır terror aktı törədilib.
Rəsmi məlumata görə, hərbçiləri daşıyan maşının keçdiyi yola əvvəlcədən basdırılmış partlayıcının işə salınması ilə törədilən terrorda 17 hərbçi yaralanıb.
Antiterror əməliyyatları keçirmək üçün bölgəyə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub.


AZƏRTAC