Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi korrupsiyaya qarşı mübarizədə mühüm rol oynayıb

17 İyul 2017
Prezident İlham Əliyevin 2016-cı il 26 aprel tarixli Sərəncamı ilə təsdiq edilən “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində həyata keçirilmiş bir sıra mühüm qanunvericilik və praktiki tədbirlər korrupsiyaya qarşı mübarizədə öz bəhrəsini verib. Korrupsiya hüquqpozmaları ilə bağlı məlumat verən şəxslərin müdafiəsini təmin etmək məqsədilə bir sıra qanunvericilik aktlarına dəyişikliklər olunub. Korrupsiyaya qarşı həyata keçirilmiş mühüm qabaqlayıcı institusional tədbirlər çərçivəsində “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov korrupsiyaya qarşı mübarizə sahəsində ilin birinci yarısında görülən işlərlə əlaqədar təşkil edilən mətbuat konfransında deyib.

K.Cəfərov, həmçinin “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı”na müvafiq olaraq, dövlət orqanlarının bu sahədə fəaliyyətinin effektiv əlaqələndirilməsini təmin edən koordinasiya mexanizminin yaradılması, qanunvericiliyin beynəlxalq standartlara tam uyğunlaşdırılması, institusional potensialın və hesabatlılıq sisteminin gücləndirilməsi sahələrində mühüm nailiyyətlərin qazanıldığını vurğulayıb.