Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Vergilər naziri Ağsuda vətəndaşları qəbul edəcək

16 İyul 2017
 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, 21 iyul 2017-ci il tarixində vergilər naziri Fazil Məmmədov Ağsu rayon vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Ağsu rayonu M.Ə. Rəsulzadə küçəsi) Ağsu, Qobustan, Şamaxı və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaqdır.

Ağsu, Qobustan, Şamaxı və Kürdəmir rayonlarından olan vətəndaşlar 4 saylı Ərazi Vergilər İdarəsi (əlaqələndirici şəxs:Gərayev Müşfiq Vaqif oğlu, əlaqə telefonu (020-26-5-15-22), mobil (050-474-62-56), Ağsu Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Orucov Mehman Şakir oğlu, əlaqə telefonu: (020-225-50-39), mobil (055-649-23-05), Qobustan Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Orucov Daşqın Nadir oğlu, əlaqə telefonu: (020-245-27-06), mobil (055-481-55-22) və Kürdəmir Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Xudiyev Elşən Şərafəddin oğlu, əlaqə telefonu: (020-255-20-31), mobil (050-406-09-90) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.