Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əfqanıstanda qırıcı təyyarə məktəbə zərbə endirdi

15 İyul 2017
Dünən qırıcı təyyarə Əfqanıstanın Gündüz şəhərində yerləşən məktəbə zərbə endirmişdir. Nəticədə azı 3 nəfər yaralanmışdır. Bu barədə yerli hakimiyyət orqanlarına istinadən “Sinxua” agentliyi xəbər verir.

“Səhər saatlarında qırıcı təyyarə Gündüz şəhərinin Hayca Məşəd rayonunda zərbə endirərək məktəbi və yaxınlıqdakı evi dağıtmışdır” – deyə əyalətin Təhsil Departamentinin direktoru Cənnət Gül Nəsiri bildirmişdir.

Direktorun dediyinə görə, məktəbi Əfqanıstanda hərbi əməliyyat keçirən koalisiyanın təyyarəsi vurmuşdur.

Nəsiri həmçinin qeyd etmişdir ki, zərbə nəticəsində zərər çəkənlər məktəbin yaxınlığında yerləşən evdəki üç uşaqdır. Xoşbəxtlikdən hücum zamanı məktəbdə heç kəs olmamışdır. Bundan əlavə, 3 mağazaya ziyan dəymişdir.

O, həmçinin bildirmişdir ki, təyyarə Taliban qruplaşmasının mövqelərinə də zərbə endirmişdir.

Hazırda əyalətdə Əfqanıstanın təhlükəsizlik qüvvələri ilə taliblər arasında döyüşlər gedir.