Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Nikolas Maduro özünü Səddam Hüseynə bənzətdi

15 İyul 2017
Venesuela Prezidenti Nikolas Maduro özünü İraqın sabiq prezidenti Səddam Hüseynə bənzətmişdir. Bu barədə “RİA Novosti” agentliyi xəbər verir.

“Mən Səddam Hüseynə oxşayıram... diri Səddam Hüseynə” – deyə Maduro dövlət televiziyasının efirində bildirmişdir. Karakasda böyük auditoriya qarşısında çıxış edən Maduro hərbi formada və qırmızı desant beretində olmuşdur.

Səddam Hüseyn 2003-cü ilin aprelində ABŞ-ın və Böyük Britaniyanın başçılıq etdiyi koalisiya qoşunları daxil olduqdan sonra devrilmişdir. İraqın Ali Məhkəməsi ona qarşı 1982-ci ildə Əd-Dücəyl kəndinin 148 sakininin həlak olması ilə bağlı ittiham irəli sürmüşdü. O, ölüm hökmünə məhkum edilmişdi. 2006-cı ilin dekabrında məhkəmənin hökmü icra olunmuşdu.

Venesuelada aprelin əvvəlindən ölkənin Ali Məhkəməsinin Milli assambleyanın səlahiyyətlərini xeyli məhdudlaşdırmaq qərarından sonra kütləvi etiraz nümayişləri davam edir. Sonradan qərar ləğv edilsə də, müxalifət tərəfdarları məhkəmə üzvlərinin istefası və növbədənkənar seçkilərin keçirilməsi tələbi ilə küçələrə çıxmışlar.

Son məlumata görə, nümayişlər zamanı 90-dan çox adam həlak olmuşdur.