Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gündə iki dilim pendir qanda kalsiumun səviyyəsini normallaşdıra bilər

15 İyul 2017
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının həkimlərinin təcrübəsi bir çox insanlarda qanda kalsiumun səviyyəsinin normadan aşağı olduğunu göstərir.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bəzi hallarda kalsiumun ümumi səviyyəsinin normada olmasına baxmayaraq, ionlaşmiş kalsiumun normadan az olduğu müşahidə edilir. Bu da ən azı uşaqların inkişafına əngəl törədir, böyüklərdə isə bir sira patoloji vəziyyətlərə səbəb ola bilir.

Normal insanlar üçün gündəlik qəbul edilməli olan kalsiumun miqdarı 1200 milliqramdır. Bunu da bir stəkan süd, bir kasa qatıq, iki dilim az yağlı pendirlə almaq mümkündür.