Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sərhəddə keçən ömür

15 İyul 2017
 

Dövlət Sərhəd Xidmətinin Aparatında general-mayor Akif  Şəfiyevin Silahlı Qüvvələrindən ehtiyata buraxılması münasibətilə mərasim keçirilmişdir.

Mərasimdə dövlət himni səsləndikdən sonra həyatının 46 ilini sərhəd mühafizəsi işinə həsr etmiş general-mayor Akif Şəfiyevin Silahlı Qüvvələrin ehtiyatına buraxılması və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunması barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamları oxunmuşdur.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenini və xatirə hədiyyəsini general-mayor Akif Şəfiyevə təqdim edərək  müstəqil Azərbaycanın Sərhəd Mühafizəsinin formalaşmasında və inkişafında, gənc sərhədçi nəslinin hazırlanmasında səmərəli fəaliyyətinə görə təşəkkür etmişdir. 

General-mayor Akif Şəfiyev yüksək dövlət mükafatına layiq görüldüyünə, ona göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlıq etmiş,  mənalı sərhədçi həyatı yaşadığına görə özünü xoşbəxt hesab etdiyini, bundan sonra da ölkəmizin tərəqqisi və inkişafı naminə əlindən gələni əsirgəməyəcəyini bildirmişdir. 

 

“Azərbaycan”