Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ABŞ: Nümayəndələr palatası həcmi 700 milyard dollara yaxın olan hərbi büdcəni təsdiqləyib

14 İyul 2017


ABŞ Konqresinin Nümayəndələr palatası 2018-ci maliyyə ili üçün həcmi təxminən 700 milyard dollar olan hərbi büdcə layihəsini qəbul edib. Bu məbləğ Ağ evin istədiyindən çoxdur. Xatırladaq ki, ABŞ-da yeni maliyyə ili oktyabrın 1-də başlayır.

AZƏRTAC xəbər verir ki, Reuters agentliyinin yaydığı məlumata görə, Ağ ev ölkənin hərbi ehtiyaclarına 603 milyard dollar, həmçinin xaricdə hərbi əməliyyatlar aparılmasına 65 milyard dollar istəmişdi. Yekunda konqresmenlər maliyyələşməni 696,5 milyard dollar həcmində təsdiqləyiblər. 2017-ci ilin hərbi büdcəsi 619 milyard dollar təşkil edirdi.

Sənədin lehinə palatanın 344, əleyhinə isə 81 üzvü səs verib. Qanun layihəsi raketdənmüdafiə xərclərinin 25 faiz artırılmasını nəzərdə tutur. Bundan başqa, hərbi qulluqçuların maaşı 2,4 faiz artırılacaq.