Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Rəcəb Tayyib Ərdoğan: Türkiyə hüquqi dövlət olmasaydı, 15 iyulun günahkarları məzarda olardılar

14 İyul 2017
Əgər Türkiyə hüquqi dövlət olmasaydı, 15 iyulun günahkarları hazırda həbsxanalarda yox məzarda olardılar.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyul - Demokratiya və Milli Birlik Günü ərəfəsində iyulun 14-də Ankarada keçirilən anım tədbirində deyib.

Türkiyə Prezidenti qeyd edib ki, 15 iyulda 250 günahsız vətəndaş şəhid oldu. Lakin bunun müqabilində çevrilişə cəhd edənlərdən yalnız 35-i həlak olub.

"Günahkarlar cəzasını almayınca və bütün bu proseslər bitməyincə ölkədə fövqəladə vəziyyət davam edəcək", - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.