Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Teymur Rəcəbov yenə də FIDE Qran-Prisinin mərhələ yarışının lideridir

14 İyul 2017
FIDE Qran-Prisinin Cenevrədə keçirilən mərhələ yarışının 7-ci turunda ağ fiqurlarla rusiyalı Pyotr Svidlerə qalib gələn Teymur Rəcəbov yenə də turnirin tək lideri olub. Turnirin sonuna iki tur qalmış azərbaycanlı qrossmeysterin aktivində 5 xal var. Öz aralarında heç-heçə oynamış Aleksandr Qrişşukun (Rusiya) və Pentala Harikrişnanın hər biri 4,5 xal toplayıb. Yeddinci turun digər görüşlərində Pavel Elyanov (Ukrayna) Saleh Salemə (BƏƏ), Aleksandr Ryazentsev Li Çaoya qalib gəlib, Şəhriyar Məmmədyarov-Yan Nepomnyaşşiy ( Rusiya), Aniş Giri (Hollandiya)-Levon Aronyan (Ermənistan), Maykl Adams (İngiltərə)-Dmitri Yakovenko (Rusiya), Hou İfan (Çin) və Boris Gelfand (İsrail), Ernesto İnarkiyev (Rusiya) və Rihard Rapport (Macarıstan) görüşləri heç-heçə başa çatıb.

Yeddi turdan sonra şahmatçılar aşağıdakı nəticələri göstəriblər: Şəhriyar Məmmədyarov, Yan Nepomnyaşşiy, Aleksandr Ryazantsev (hər biri 4 xal), Levon Aronyan, Aniş Giri, Pyotr Svidler, Pavel Elyanov, Maykl Adams, Li Çao, Boris Gelfand, Dmitri Yakovenko (hər biri 3,5 xal), Ernesto İnarkiyev (3 xal), Hou İfan (2,5 xal), Rihard Rapport (2xal), Saleh Salem (1,5 xal).

Teymur Rəcəbov növbəti turda ağ fiqurlarla Aleksandr Ryazantsevlə, Şəhriyar Məmmədyarov qara fiqurlarla Aleksandr Qruşşukla qarşılaşacaqlar.

İyulun 14-də Li Çao-Pentala Harikrişna, Yan Nepomnyaşşiy-Levon Aronyan, Boris Gelfand-Pavel Elyanov, Dmitri Yakovenko- Ernesto İnarkiyev, Hou İfan-Aniş Giri, Rihard Rapport-Maykl Adams, Saleh Salem-Pyotr Svidler görüşləri keçiriləcək.

Qran-Pri turniri dörd mərhələdə keçirilir. Mərhələ turnirləri üçün BƏƏ-nin Şarcə, Rusiyanın Moskva, İsveçrənin Cenevrə, İspaniyanın Palma-de-Malyorka şəhərləri seçilib. Birinci və ikinci yeri tutan qrossmeysterlər gələn il iddiaçıların turnirində mübarizə aparacaqlar.

Cenevrə mərhələsi iyulun 15-də başa çatacaq.