Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Hindistanda daşqınlarda 80 nəfər həlak oldu

14 İyul 2017
Hindistanın şimal-şərqində baş vermiş daşqınlar nəticəsində azı 80 nəfər həlak olmuşdur. Bu barədə Hindistanın şimal-şərq regionunun inkişafı üzrə naziri Cidentra Sinqhə istinadən “İndia Today” qəzeti xəbər verir.

Məlumata görə, təbii fəlakətdən ən çox zərər çəkən Assam, Manipur və Arunaçal-Pradeş ştatlarıdır. Ümumilikdə  ölkənin 58 rayonuna zərər dəymişdir.

Daşqınlara səbəb olan musson yağışları hər il iyul ayından başlayaraq sentyabradək ölkənin bir çox regionlarında davam edir.