Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İtaliyada meşələr yanır

14 İyul 2017
Artıq bir neçə gündür İtaliyanın cənubunda meşə yanğınları ilə bağlı fövqəladə vəziyyət yaranmışdır. Bu barədə  “Frans Press” agentliyi xəbər verir.

Məlumata görə, yanğınlar nəticəsində Kalabriyada iki nəfər həlak olub. Onlardan biri tüstüdən boğulmuş, digəri əmlakını xilas etməyə cəhd göstərərkən yanmışdır.

Milli yanğınsöndürmə xidmətinin məlumatına görə, hazırda Apennində meşə yanğınları ilə mübarizəyə “Canadair” tipli 14 xüsusi təyyarə və 21 helikopter cəlb olunub. Daha 3 təyyarə Fransadan gətirilib.

Yanğınlar ölkənin bütün cənub vilayətlərində – Kampaniya, Apuliya, Bazalikata, Kalabriya və Siciliyada Tüğyan edir.

Son məlumata görə, Siciliyadakı 9 əyalətdən 8-də güclü yanğınlar davam edir. Yüzlərlə yerli sakin təxliyə olunmuşdur.

İtaliyanın Daxili İşlər Nazirliyi yanğınların əksəriyyətinin qəsdən törədildiyini bildirib.

Qeyd olunur ki, yayın əvvəlindən başlayaraq Apennin yarımadasında davam edən güclü istilər vəziyyəti bir qədər də ağırlaşdırıb.