Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Londonun “Brexit”lə bağlı Avropa İttifaqına borcu var

14 İyul 2017
Böyük Britaniya ilk dəfə olaraq “Brexit”lə əlaqədar Avropa İttifaqı qarşısında maliyyə öhdəliklərinin olduğunu etiraf etmişdir. Bu barədə “The Financial Times” xəbər verir.

Məlumata görə, Londonun bu addımı gələn həftə Brüsseldə “Brexit”lə bağlı başlayacaq danışıqlarda gözlənilən mübahisələrin qarşısını ala bilər.

Britaniya hökuməti iyulun 13-də parlamentə təqdim olunan “maliyyə tənzimləməsi” məsələsinə dair yazılı bəyanatda etiraf etmişdir ki, “Böyük Britaniyanın Avropa İttifaqı, Avropa İttifaqının isə Böyük Britaniya qarşısında öhdəlikləri var və bu məsələləri mütləq həll etmək lazımdır”.

“Bu bəyanatda Böyük Britaniya əvvəlkindən fərqli olaraq çox irəli gedib”, - deyə qəzetə müsahibəsində “Brexit”ə hazırlıq prosesində iştirak edən avropalı diplomatlardan biri bildirib. Bu addım gələn həftə “elektroşoker zərbəsinin” qarşısını alacaq”.

Bildirilir ki, Brüssel bir müddət əvvəl Böyük Britaniyanın bloku tərk etdiyi üçün “ayrılma cəriməsini” 100 milyard avro dəyərində qiymətləndirmişdi.