Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İspaniyada festival zamanı öküzlər 13 nəfəri tapdaladı

14 İyul 2017
İspaniyanın Pamplona şəhərində keçirilən San-Fermin festivalının son günündə ənənəvi öküz qaçışları zamanı 13 nəfər xəsarət alıb. Bu barədə “Röyter” agentliyi xəbər verir.
Məlumatına görə, xəsarət alanlar arasında yerli sakinlərlə yanaşı, ABŞ, Fransa və İtaliyadan turistlər də olub.
Xatırladaq ki, ötən gün də öküz qaçışları zamanı 6 nəfər xəsarət almışdı. Onlardan ikisinin öküzlərin zərbələri nəticəsində yaralandığı, 4 nəfərin yıxılaraq kəllə-beyin diaqnozu ilə xəstəxanaya yerləşdiridiyi barədə məlumat verilir.
Qeyd edək ki, ənənəvi San-Fermin festivalı Pamplonada iyulun 6-dan 14-dək keçirilmişdir.