Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan komandalarının avroliqanın üçüncü təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib

14 İyul 2017
İyulun 14-də İsveçrənin Nyon şəhərində futbol üzrə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, püşkatmada Azərbaycan təmsilçiləri “Qəbələ”, “İnter” və “Zirə” komandalarının növbəti mərhələdə rəqibləri də müəyyənləşib. Püşkatmanın nəticəsinə görə, “Qəbələ” komandası ikinci mərhələdə Polşanın “Yagelloniya” komandasını üstələsə, “Panatinaikos” (Yunanıstan) klubu ilə görüşəcək.

İnter” isə “Fola” səddini keçsə, “Ostersun” (İsveç) - “Qalatasaray” (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandaların ilk qarşılaşmasında isveçlilər Türkiyə təmsilçisinə öz meydanında qalib gəliblər – 2:0.

“Zirə” isə “Astra” komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə növbəti mərhələdə “Aleksandriya” (Ukrayna) ilə üz-üzə gələcək.

Üçüncü təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab matçları avqustun 4-də keçiriləcək.