Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı növbəti mümkün rəqibi müəyyənləşib

14 İyul 2017
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb.

AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan çempionu “Qarabağ”ın da mümkün rəqibi müəyyənləşib. İkinci təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşan Ağdam təmsilçisi növbəti mərhələdə “Şerif” (Moldova)–“Kukesi” (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

“Şerif” Albaniya təmsilçisi ilə ilk qarşılaşmada qalib gəlib. Belə ki, Moldovadakı matçda meydan sahibləri 1:0 hesabı ilə üstün olublar.