Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xarkovda İŞİD terror qruplaşmasının üzvləri zərərsizləşdirilib

14 İyul 2017
Xarkov şəhərində Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının iki üzvü zərərsizləşdirib.

AZƏRTAC-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, əməliyyat ticarət mərkəzinin avtomobil dayanacağında aparılıb.

Terrorçularla Ukraynanın Təhlükəsizlik Xidmətinin əməkdaşları arasında baş verən silahlı atışmadan sonra terrorçuları zərərsizləşdirmək mümkün olub.

Hazırda terrorçu dəstənin digər üzvlərinin olub-olmaması araşdırılır.

 

AZƏRTAC