Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dünyada ən nazik oyun noutbuku təqdim edilib

14 İyul 2017

“Asus” şirkəti “ROG Zephyrus” adlı noutbukunun satışına başlayıb. İstehsalçı bəyan edir ki, “ROG Zephyrus” qurğusu “Nvidia GeForce GTX 1080” qrafik kartı ilə təchiz edilmiş ən nazik oyun noutbukudur. Qurğunun qalınlığı 16,9 millimetrdir. Müqayisə üçün, “MacBook Pro” noutbukunun qalınlığı 15,5 millimetrdir.

AZƏRTAC xəbər verir ki, yeni noutbuk “Intel Core i7-7700HQ” prosessoru, 1920x1080 piksel təsvir ölçülü 15,6 düymlük diaqonallı displey və “Nvidia G-Sync” adaptiv sinxronlaşdırma texnologiyası ilə təchiz edilib.

“ROG Zephyrus” noutbukunun əsas özəlliklərindən biri “Active Aerodynamic System” adlı soyutma sistemidir. Noutbuk işlək vəziyyətdə olduqda soyutma sistemi hava axınını artıran və daha yaxşı soyutmağa imkan verən xüsusi hava dəliyi açır.

Klaviatura eyni anda 30-dək toxunuşu “tanıyır” və “Aura RGB” arxa işıqlandırıcısı ilə təchiz edilib. Sensor idarəetmə klaviş blokundan sağ tərəfdə yerləşir.

512 giqabaytlıq SSD daşıyıcı ilə təchiz edilmiş “ROG Zephyrus GX501VI-XS74” modelinin qiyməti 2699 dollar təşkil edir.