Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İqtisadçılar karbon qazı vergisini artırmağı tələb edirlər

14 İyul 2017
Dünyanın aparıcı iqtisadçılarının fikrincə, faciəvi qlobal istiləşməyə qarşı mübarizə məqsədilə 2030-cu ilə qədər bütün ölkələr atmosferə atılan hər metrik ton karbon qazına görə vergini ən azı 100 dollar müəyyənləşdirməlidirlər.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Cozef Stiqlitsin və Dünya Bankının keçmiş aparıcı iqtisadçısı Nikolas Sternin kimi mütəxəssislər hesab edirlər ki, bu məqsədlə 2020-ci ilə qədər hər ton karbon qazı üçün vergi 40-50 dollara çatdırılmalıdır. Onların qənaətinə görə, kasıb ölkələrin iqtisadiyyatı nəzərə alınmaqla, onlarda verginin dərəcəsi bir qədər aşağı salına bilər.

Hazırda ABŞ-da belə bir yığım mövcud deyil. D.Trampın administrasiyası isə hesab edir ki, bu verginin tətbiq olunması müəyyən sayda iş yerlərinin bağlanması ilə nəticələnə bilər. Avropa İttifaqında indiki bir ton karbon qazı emissiyasına görə vergi 6 dollar təşkil edir. Avropadan kənarda - Sinqapurda da belə bir vergi tətbiq olunmaqdadır