Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Rektor: BDU-nun vyetnamlı məzunları ölkələrində tanınmış şəxslərdir

13 İyul 2017
Bakı Dövlət Universitetində (BDU) müxtəlif illərdə bu ali təhsil ocağının hüquq, geologiya, fizika, mexanika və tətbiqi riyaziyyat, şərqşünaslıq, kimya, biologiya fakültələrini bitirmiş vyetnamlı tələbələrlə görüş keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, rektor, akademik Abel Məhərrəmov çıxışında görüşün rəhbərlik etdiyi ali təhsil müəssisəsinin həyatında əlamətdar tarixlərdən biri olduğunu deyib. Rektor vyetnamlı məzunların təhsil aldığı dövrdən uzun müddət keçsə də, yenidən onların universiteti ziyarət etmələrindən məmnunluğunu bildirib. Qeyd edib ki, BDU-nun vyetnamlı məzunları ölkələrində tanınmış şəxslərdir. Onların arasında nazir, nazir müavinləri postunda, eyni zamanda, dövlət və hökumət strukturlarında, ali təhsil sistemində çalışan çoxsaylı mütəxəssislər var.
Azərbaycan-Vyetnam əlaqələrindən danışan rektor vurğulayıb ki, bugünkü görüş xalqlarımız arasında olan tarixi dostluğun bariz nümunəsidir.
Vyetnamın Hanoi Universitetinin professoru, BDU-nun biologiya fakültəsinin 1978-ci il məzunu Nquyen Van Ma yenidən universitetdə olmaqdan və müəllimlərini görməkdən məmnun olduğunu bildirib.

Görüşdə universitetin vyetnamlı məzunlara dərs demiş müəllimləri keçmiş tələbələri ilə bağlı xatirələrini bölüşüblər.