Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Güllə atıcılığı üzrə respublika çempionatına yekun vurulub

13 İyul 2017
Güllə atıcılığı üzrə respublika çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda “Neftçi İdman Klubu”nun təmsilçiləri də bacarıqlarını nümayiş etdiriblər.
Pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında Ruslan Lunyov qalib adını qazanıb. Elvin Astanov isə çempionatın gümüş medalına yiyələnib.
Qadınlar arasında Lalə Mirzəzadə ikinci, Zeynəb Abbasova isə üçüncü yeri tutublar.