Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İkinci Beynəlxalq Dolma Festivalının proqramı açıqlanıb

12 İyul 2017
İkinci Beynəlxalq Dolma Festivalı iyulun 15-də Xaçmaz rayonunda təşkil ediləcək. Festival Mədəniyyət və Turizm Nazirliyi, Xaçmaz Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə Xaçmaz şəhərinin “Çənlibel” parkında keçiriləcək.

Azərbaycan Milli Kulinariya Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, festivalda Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər tərəfindən hər ölkənin milli mətbəxinə aid xörəklər, habelə qədim mətbəximizə aid 40-dək, bölgələrimizdən 300-dən çox milli dolma nümunələri təqdim ediləcək.

Tədbirdə çıxışlar, mükafatlandırma və konsert proqramları ilə yanaşı, ziyafətlərin təşkili də nəzərdə tutulur.