Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Dövlət Universiteti ilə UAFA təşkilatı arasında memorandum imzalanıb

12 İyul 2017
İyulun 12-də Bakı Dövlət Universiteti (BDU) ilə Böyük Britaniyanın Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı arasında anlaşma memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, BDU-da keçirilən imzalanma mərasimində rektor, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verib. Rektor UAFA təşkilatının fəaliyyəti barədə fikirlərini bildirib, bu qurumun əhəmiyyətini vurğulayıb.

UAFA-nın təsisçisi Qven Börçell bu təşkilatın reallaşdırdığı tədbirlərdən bəhs edib.

Sonra anlaşma memorandumu imzalanıb.