Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Səfər başa çatdı

10 İyul 2017
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına səfəri iyulun 10-da başa çatıb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamladı.

Azərbaycan Prezidentini Türkiyənin rəsmi şəxsləri yola saldılar.