Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dövlət İmtahan Mərkəzi qəbul imtahanları ilə əlaqədar maarifləndirici videoçarx hazırlayıb

10 İyul 2017
İyulun 14-də (II və III ixtisas qrupu) və 22-də (I və IV ixtisas qrupu) keçiriləcək ali təhsil müəssisələrinə ikinci qəbul imtahanlarında 60 mindən artıq abituriyentin iştirakı gözlənilir.

Dövlət İmtahan Mərkəzi (DİM) bu imtahanlarla əlaqədar maarifləndirici videoçarx hazırlayıb. DİM-dən AZƏRTAC-a bildirilib ki, videoçarxda abituriyentlərin imtahan prosesində özlərini rahat hiss etmələri üçün bəzi vacib qaydalar haqqında məlumat verilir.