Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dövlət qulluğuna test imtahanları ilə bağlı dəyişikliklər edilib

10 İyul 2017
Dövlət qulluğuna test imtahanlarının növləri ilə bağlı dəyişikliklər edilib.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov iyulun 10-da “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda keçirilən konfransda deyib.

Şöbə müdiri bildirib ki, dövlət qulluğunun test imtahan mərhələlərində açıq tipli və esse tipli testlərdən istifadə olunacaq.

V.Əsgərov qeyd edib ki, vakant vəzifənin tutulması barədə qərar vakant vəzifələrin yarandığı gündən bir ay müddətinə verilir. O deyib: “Vakant vəzifə daxili müsahibə nəticəsində tutulmadıqda 30 gün müddətində ümumi müsahibə barədə qərar qəbul edilir. Vakant vəzifə ümumi müsahibə nəticəsində tutulmadıqda müsabiqə keçirilir”.