Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

UEFA yeni reytinq cədvəlini açıqlayıb

07 İyul 2017
Futbol üzrə Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA yeni reytinq cədvəlini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan yalnız xal ehtiyatını artırıb. Belə ki, “Zirə” səfərdə “Differdange” komandasını 2:1, “İnter” isə doğma meydanda “Mladost”u 2:0 hesabı ilə məğlub edib. İki qələbə ilə Azərbaycan hesabına 0,500 xal yazdırıb. Bununla da cari mövsüm 4 oyunda 4 qələbə əldə edən klublarımızın qazancı 1,000-ə çatıb.

Nəticədə son 5 mövsümün cəmindəki əmsalımız 15,750-yə yüksəlib. Azərbaycan bu göstərici ilə 23-cü pillədə qərarlaşıb.