Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şəhriyar Məmmədyarov FIDE Qran-Prisinin iki mərhələsindən sonra liderdir

05 İyul 2017
Bu gün İsveçrənin Cenevrə şəhərində “FIDE Qran-Prisi – 2017” seriyasından üçüncü mərhələnin açılışı olacaq. Şahmat turnirində starta 18 aparıcı qrossmeyster çıxacaq.

AZƏRTAC xəbər verir ki, Azərbaycanı turnirdə Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər.

Azərbaycan qrossmeysterləri ilə Aleksandr Qrişşuk, Pyotr Svidler, Yan Nepomnyaşşiy, Dmitri Yakovenko, Ernesto İnarkiyev, Aleksandr Ryazantsev (Rusiya), Aniş Giri (Hollandiya), Pavel Elyanov (Ukrayna), Pentala Harikrişna (Hindistan), Maykl Adams (İngiltərə), Li Çao, Hou İfan (Çin), Rixard Rapport (Macarıstan), Levon Aronyan (Ermənistan), Boris Gelfand (İsrail) və Salem Saleh (BƏƏ) mübarizə aparacaqlar.

İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.

Əlavə edək ki, seriyanın iki mərhələsindən sonra 280 balla Şəhriyar Məmmədyarov liderlik edir. İkinci yerdə 240 balla Din Lijen (Çin) gəlir, üçüncü və dördüncü yerləri hər biri 211,4 bal toplayan Aleksandr Qrişşuk və Maksim Vaşye-Laqrav (Fransa) bölüşürlər.