Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

04 İyul 2017
İyulun 4-də Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə təhsil dialoqu çərçivəsində işçi qrupun ilk iclası öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə təhsil naziri Mikayıl Cabbarov ölkələrimiz arasında strateji tərəfdaşlıq çərçivəsində təhsil əlaqələrinin inkişafını yüksək dəyərləndirib və əməkdaşlığımızın inkişafının vacibliyini vurğulayıb.

Sonra təhsil nazirinin müavini Ceyhun Bayramovun və Türkiyə milli təhsil nazirinin müavini Orhan Erdemin iştirakı ilə hər iki ölkənin təhsil qurumlarının aidiyyəti sahələri üzrə təmsilçilərinin işçi görüşü keçirilib.

Görüş çərçivəsində ölkələrimiz arasında təhsil sahəsində münasibətlərin cari vəziyyəti, hüquqi baza və əməkdaşlıq perspektivləri müzakirə olunub.

İclas iki gün davam edəcək.