Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Avropa Hemofiliya Konsorsiumunun beynəlxalq konfransında təmsil olunub

03 İyul 2017
 

Brüsseldə Avropa Hemofiliya Konsorsiumunun “Liderlər” adlı beynəlxalq konfransı keçirilib.

Konfransda Azərbaycanı Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının icraçı direktoru, Pasient Təşkilatlar İttifaqının sədri Ayaz Hüseynov təmsil edib.

A.Hüseynovun AZƏRTAC-ın müxbirinə verdiyi məlumata görə, dünyanın 44 ölkəsindən gələn nümayəndələrin iştirak etdiyi konfransda əsasən tibbin son nailiyyətləri müzakirə olunub. Həmçinin bu sahədə mövcud olan problemlər və onların həlli yolları barədə təcrübə mübadiləsi aparılıb.

Konfransda müzakirə olunan mövzular ətrafında ölkəmizdə də hemofiliya xəstələri və onların ailə üzvləri üçün seminarların keçirilməsi planlaşdırılır.