Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakıdakı 276 nömrəli tam orta məktəbdə yay düşərgəsinin açılış mərasimi olub

03 İyul 2017
Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəblinin dostu” pilot layihəsi çərçivəsində ilk dəfə yay düşərgəsi təşkil olunur.

AZƏRTAC xəbər verir ki, iyulun 3-də Bakıdakı 276 nömrəli tam orta məktəbdə “Məktəblinin dostu” pilot layihəsi çərçivəsində yay düşərgəsinin açılış mərasimi keçirilib.
Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov pilot layihə barədə məlumat verib və onun əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, pilot layihəsi çərçivəsində 18 məktəbdə yay düşərgələri təşkil edilir. Əsas məqsəd yay istirahəti dövründə dərsdənkənar təhsil imkanları və əyləncə saatları yaratmaqla fəal gənclərin - gələcəyin liderlərinin formalaşdırılmasıdır. Bu məqsədlə müvafiq proqram çərçivəsində şagirdlərə dərsdənkənar saatlarda akademik fənlərin tədris olunması və onların dünyagörüşünü artıran tədbirlərin keçirilməsi planlaşdırılır.

Yay düşərgələri avqustun sonuna kimi davam edəcək.