Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikası hökuməti ilə Qazaxıstan Respublikası hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə

02 İyul 2017
 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası hökuməti ilə Qazaxıstan Respublikası hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində əməkdaşlıq haqqında 2017-ci il aprelin 3-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Bu fərmanın 1-ci hissəsində göstərilən saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qazaxıstan Respublikası hökumətinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 iyun 2017-ci il