Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bu gözəlliyi yaradanlara alqış

02 İyul 2017
 

Yayın qızmar vaxtında istidən tıncıxanda axsamlar nəvələrimlə Heydər Əliyev adına park-bulvara üz tuturuq. Burada istirahət üçün sözün həqiqi mənasında unikal şərait yaradılıb. Hər tərəf gül-çiçək, hara baxırsan gözəllik. Bir yandan da Tərtər tərəfdən gələn sərin dağ havası.

Burada uşaqların əylənməsi üçün də hər cür şərait var. Karusellər, yellənçəklər, müxtəlif attraksionlar onların ixtiyarındadır. Gənclər isə daha çox mini idman meydançasında məşğul olurlar. Bir sözlə, park-bulvarda hər bir yaş qrupunun marağına uyğun əyləncə və istirahət imkanı yaradılıb. Hələ istəsən monitorda Bərdənin digər gəzməli-görməli yerlərini də seyr edə bilərsən.

Bu şəraiti bizim üçün yaradanlara əhsən deyirik.

 

İntizar MƏMMƏDOVA,

Bərdə şəhər sakini