Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qan qrupuna əsasən seçim

01 İyul 2017
Qan qrupuna əsasən, xasiyyət və fərdi keyfiyyətləri öyrənmək mümkündür. Yaponiyada qan qruplarına xüsusilə böyük əhəmiyyət verilir.

AZƏRTAC xəbər verir ki, gündoğar ölkədə evlənərkən, idman komandası formalaşdırarkən hansı qan qrupuna çox ciddi fikir verirlər. Hətta bəzən mağaza vitrinlərində də məhsulları qan qruplarına görə düzürlər.

Yaponların fikrincə, birinci qan qrupunun daşıyıcıları daha çox ambisiyalı, liderliyə can atan və nikbin olurlar. Hətta onlarda eqoistlik keyfiyyətinin varlığı da mümkündür. İkinci qan qrupuna aid olanlar səliqə-sahmanı və qayda-qanunu sevirlər. Onlar tərs və müəmmalı xarakterə malik olurlar. Üçüncü qan qrupunun daşıyıcıları isə yaradıcı təbiətə malikdirlər. Onlar ictimai rəyə əhəmiyyət vermir, öz azadlıq və rahatlıqlarını hər şeydən üstün tutur və bəzən həddən artıq emosionallıq nümayiş etdirirlər. Damarlarında dördüncü qan qrupu axanlar isə daha çox təşkilatçı və diplomat olurlar, bəzi hallarda ideya uğrunda heç nəyi, hətta canlarını da əsirgəmirlər. Lakin təəssüf ki, qərar qəbul etməkdə çətinlik çəkirlər.