Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gəncə Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

01 İyul 2017
 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası  Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. 2017-ci il iyulun 16-da səlahiyyət müddəti bitən  aşağıdakı hakimlər Gəncə Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

 

Tapdıq Şükür oğlu Mahmudov,

Çingiz Böyükxan oğlu Məmmədov.

2. 2017-ci il iyulun 28-də səlahiyyət müddəti bitən  aşağıdakı hakimlər Gəncə Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

 

Şəfiqə Musa qızı Əliyeva,

Əlizamin Gülzalı oğlu Abdullayev.

 

3. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Gəncə Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

 

Nuru Nadir oğlu Quliyev,

Ədil İsa oğlu Məmmədov.

 

4. Bu qərarın 1-ci bəndi 2017-ci il iyulun 16-dan, 2-3-cü bəndləri  2017-ci il iyulun 28-dən qüvvəyə minir.

 

Oqtay ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

 

Bakı şəhəri, 30 iyun 2017-ci il