Sumqayıt Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sumqayıt Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

01 İyul 2017
 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası  Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. 2017-ci il iyulun 16-da səlahiyyət müddəti bitən  aşağıdakı hakimlər Sumqayıt Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

 

Səadət İnayət qızı Bəktaşi,

Elman Gülbaba oğlu Rəhimov.

2. 2017-ci il iyulun 28-də səlahiyyət müddəti bitən Lətifə Məhyəddin qızı Məmmədova Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi təyin edilsin.

3. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Sumqayıt Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

 

Zaur İkram oğlu Məmmədov,

Elman Məmməd oğlu Əhmədov.

 

4. Bu qərarın 1-ci bəndi 2017-ci il iyulun 16-dan, 2-3-cü bəndləri  2017-ci il iyulun 28-dən qüvvəyə minir.

 

Oqtay ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

 

Bakı şəhəri, 30 iyun 2017-ci il