Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şəki Apelyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında

01 İyul 2017
 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası  Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. 2017-ci il iyulun 16-da səlahiyyət müddəti bitən  İnşallah Fərrux oğlu Quliyev Şəki Apelyasiya Məhkəməsinin hakimi təyin edilsin.

2. 2017-ci il iyulun 28-də səlahiyyət müddəti bitən  aşağıdakı hakimlər Şəki Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

 

Mübariz Dosməmməd oğlu Əkbərov,

Mirbahəddin Mirdamət oğlu Hüseynov.

 

3. Vidadi Kamal oğlu Qasımov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şəki Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilsin.

4. Bu qərarın 1-ci bəndi 2017-ci il iyulun 16-dan, 2-3-cü bəndləri  2017-ci il iyulun 28-dən qüvvəyə minir.

 

Oqtay ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

 

Bakı şəhəri, 30 iyun 2017-ci il