Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul edib

26 İyun 2017
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Kozakı qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə paytaxtımızda təşkil olunan Formula-1 yarışlarının beynəlxalq səviyyədə böyük maraq doğurduğu bildirildi və bu yarışların çox yüksək səviyyədə təşkil edildiyi vurğulandı. Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Kozak Bakıda keçirilən Formula-1 yarışlarında ilk dəfə olduğunu qeyd edərək, şəhərdə gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını vurğuladı.

Söhbət zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi qeyd edildi, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.