Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Microsoft” şirkəti yeni simsiz “maus”unu təqdim edib

19 İyun 2017
“Microsoft” şirkəti tərəfindən təqdim edilmiş yeni “Modern Mouse” öz dizaynına görə “Surface” seriyasına məxsus yeni fərdi kompüter modellərinə uyğundur.

AZƏRTAC “macdigger.ru” saytına istinadən xəbər verir ki, kompüterə qoşulmaq üçün “Bluetooth 4.0” simsiz interfeysi istifadə olunur. Açıq məkanda rabitə məsafəsi 10 metr, ofisdə 5 metr təşkil edir. “Maus” “AAA” ölçülü iki batareya vasitəsilə enerji toplayır.

“Microsoft Modern Mouse” əksər əməliyyat sistemlərini dəstəkləyir. “Qiyməti 50 dollar təşkil edən “Maus”un ölçüləri 115x64x33,5 millimetr, çəkisi isə 90 qramdır.