Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibi Gürcüstanın “Samtredia” klubu olacaq

19 İyun 2017
Bu gün UEFA-nın qərargahında futbol üzrə Çempionlar Liqasında 2017/2018-ci il mövsümünün ilk püşkatma mərasimi keçirilib.

Qitənin ən nüfuzlu klub turnirinin növbəti mövsümündə Azərbaycanı ölkə çempionu “Qarabağ” təmsil edəcək.

Bakı vaxtı ilə saat 14:00-da başlayan mərasimdə Azərbaycan çempionunun rəqibi müəyyənləşib. Çempionumuzun mübarizəyə başlayacağı ikinci təsnifat mərhələsində 34 klub qüvvəsini sınayacaq. Püşkdə 29 komanda və birinci təsnifat mərhələsinin 5 cütü hərəsində 17 iştirakçı olmaqla iki səbətə bölünüb.

Yarışa ikinci təsnifat mərhələsindən qoşulacaq və birinci səpələnmişlər səbətində yer alan “Qarabağ”ın rəqibi Gürcüstanın “Samtredia” klubu olub.

Qeyd edək ki, ikinci təsnifat mərhələsinin oyunları iyulun 11-12-də (ev) və 18-19-da (səfər) baş tutacaq.

Çempionlar Liqasının final görüşü Ukraynanın paytaxtı Kiyev şəhərində keçiriləcək.

 

AZƏRTAC