Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Fransa parlamenti tarixində rekord: yeni seçilən deputatların 223-ü qadındır

19 İyun 2017
Fransada keçirilən son parlament seçkilərində qadınların sayı rekord həddə - 223-ə çatıb. İndiyədək Fransada qanunverici orqana seçilən qadınların sayı 155-dən çox olmayıb.

Yeni formalaşacaq parlamentdə qadın deputatların 47 faizi “İrəli, Respublika” hərəkatını, 46 faizi Demokratik Hərəkat partiyasını, 38 faizi Sosialistləri, 25 faizi Milli Cəbhəni, 23 faizi Respublikaçıları, 20 faizi Kommunistləri, 17 faizi Müstəqillər və Demokratlar Birliyini təmsil edəcək.

Fransa Daxili İşlər Nazirliyinin iyunun 19-da yaydığı məlumata əsasən, “İrəli, Respublika” hərəkatı 42,82, Respublikaçılar 22,33, Milli Cəbhə 8,95, Demokratik Hərəkat 6,11, Sosialistlər 5,62, “Fəth edilməyən Fransa” 4,70 faiz, Müstəqillər və Demokratlar Birliyi 3,09, sağçı partiyalar 1,72, solçu partiyalar 1,41, Kommunist partiyası 1,24 faiz, Regionçular partiyası 0,78, radikal sollar 0,37, Ekolojistlər 0,11, radikal sağçılar 0,11, digər kiçik partiyalar isə 0,53 faiz səs toplayıb.

 

AZƏRTAC