Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bank və digər kredit təşkilatlarının kredit portfeli 15453,5 milyon manat olub

19 İyun 2017
Mərkəzi Bankın məlumatına görə, mayın 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz azalaraq milli valyuta ekvivalentində 15453,5 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ümumi kredit portfelinin 12038,1 milyon manatı və ya 77,9 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 34,8 faizi dövlət, 62,6 faizi qeyri-dövlət bankları, 2,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 10,3 faizini təşkil edib.