Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Rusiyanın Türkiyədə yeni səfiri təyin olunub

19 İyun 2017
Rusiya Prezidenti Vladimir Putin Aleksey Yerxovun bu ölkənin Türkiyədə yeni səfiri təyin edilməsi barədə Fərman imzalayıb. Fərmanın mətni Rusiyanın hüquqi informasiya portalında yayılıb.

Bundan əvvəl A.Yerxov Rusiya Xarici İşlər Nazirliyinin Böhran Vəziyyətləri Mərkəzinə rəhbərlik edib.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki keçmiş səfiri Andrey Karlov ötən il dekabrın 19-da Ankara Müasir İncəsənət Mərkəzində sərginin açılışı zamanı qətlə yetirilib.

 

AZƏRTAC