Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Konfederasiyalar Kuboku : Portuqaliya Meksika ilə bacarmadı

18 İyun 2017
İyunun 18-də 10-cu Konfederasiyalar Kuboku turnirinin ikinci gününə Portuqaliya-Meksika oyunu ilə start verilib.

AZƏRTAC xəbər verir ki, Kazan şəhərində keçirilən görüş 2:2 hesabı ilə başa çatıb. Portuqaliya millisi 34-cü dəqiqədə Kuarejma və 86-cı dəqiqədə Sedrikin qolları ilə hesabda iki dəfə irəli keçsə də, Meksika komandası Çiçarito (42) və Moreno (90+1) ilə hesaba tarazlıq gətirib.

Bu qrupun ilk matçında meydan sahibi Rusiya millisi Yeni Zelandiya kollektivini 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.