Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin deputatları Astanada keçiriləcək beynəlxalq konfransda iştirak edəcəklər

18 İyun 2017
Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat İlham Əliyev “İnnovativ iqtisadiyyata qanunvericilik dəstəyi” adlı beynəlxalq konfransda iştirak etmək üçün iyunun 19-da Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edəcəklər.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir Qazaxıstan Parlamenti Məclisi tərəfindən bərpa olunan və alternativ enerji mənbələrinə həsr olunmuş EXPO-2017 Astana Beynəlxalq Sərgisinin hədəf və məqsədlərinin təşviqi ilə bağlı həyata keçirilir.

Deputatlarımız səfər çərçivəsində Türkdilli Ölkələrin Parlament Assambleyasının ətraf mühit və təbii ehtiyatlar komissiyasının 3-cü iclasına da qatılacaqlar. Toplantıda “Alternativ enerji mənbələrinin inkişafı” mövzusunda müzakirələr aparılacaq.

Səfər iyunun 22-də başa çatacaq.