Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan qonaqları qarşılamağa hazırdır

18 İyun 2017
 

“Bir həftə sonra Bakıda möhtəşəm “Formula-1” yarışının şahidi olacağıq. Hazırda tikinti-quraşdırma işlərinin sonuncu mərhələsindəyik”.

Bu sözləri “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) yarış obyektlərinin tikintisi üzrə rəhbəri Tom Butçer deyib. Qeyd edib ki, Bakı dünyanın bir nömrəli avtomobil yarışı ilə bağlı qonaqları qarşılamağa tam hazırdır. Hazırlıq işlərinin 99 faizi yerinə yetirilib. Qonaqlar artıq Bakıya gəlirlər. Ötən həftə Kanada Qran-prisi təşkil olunub. Komandalar artıq öz bolid və avadanlığını Bakıya daşımağa başlayıblar. Biz bir həftə içərisində bütün işləri yekunlaşdıracağıq.

T.Butçer deyib ki, iyunun 19-da gecə saat 01:00-dan etibarən şəhərin mərkəzi küçələri son tamamlama işləri üçün bağlanacaq: “Görüləcək işlərlə bağlı yolları müvəqqəti bağlayacağımıza görə şəhər sakinlərindən üzr istəyirik. Növbəti dörd gün ərzində sakinlər bu küçələrin adi trekdən “Formula-1” trekinə necə çevrildiyinin şahidi olacaqlar. Treklə yanaşı, Dənizkənarı Milli Parkda da lazımi quraşdırma işləri aparılır. Orada dünya ulduzlarının iştirakı ilə böyük konsertlər, pilotların iştirakı ilə avtoqraf sessiyaları və digər əyləncəli tədbirlər keçiriləcək”.